MƏİŞƏT ZORAKILIĞI NƏDİR?

MƏİŞƏT ZORAKILIĞI NƏDİR?
Məktəbin 8-9-cu sinif şagirdlərinə «Məişət zorakılığı və onunla mübarizə yolları» haqqında məlumat verilib. Seminar məktəbin psixoloqu Səmra Bağıyeva və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Afaq Səfərova tərəfindən təşkil olunub. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Məişət zorakılığının fiziki, psixi, cinsi zorakılıq növləri haqqında şagirdlərə məlumat verildi.
Keçirilən seminarda məişət zorakılığı, onun formaları, qarşısının alınması yolları və zorakılıq halı ilə qarşılaşanda müraciət etməli orqanlar barədə məlumat verilib.
Uşaqları maraqlandıran suallar cavablandırılaraq, müzakirələr aparılıb.