"NARKOMANİYAYA YOX DEYƏK" MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

Narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmişdir. Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası məqsədilə məktəblərdə müsabiqələr, seminarlar və “dəyirmi masa”lar keçirilməkdədir.
Bu məqsədlə 275 nömrəli məktəbdə bu mövzuda maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin psixoloqu Səmra Bağıyeva,UBTR Xədicə İsayeva,direktor müavinləri,fənn müəllimləri və şagirdlər iştirak edirdi.