IV sinif şagirdləri ilə fövqalədə hallar zamanı təhlükəsizlik qaydaları

22.11.2023-cü il tarixində məktəbin 4-cü sinif şagirdləri ilə fövqalədə hallar zamanı təhlükəsizlik yöntəmində diqqət edəcəyimiz məqamlar,nüanslar haqqında maarifləndirici tədbir təşkil olundu.Tədbirdə direktor müavinləri Nailə Sadıqova və Afaq Səfərova,4-cü sinif şagirdləri və sinif müəllimləri iştirak ediblər.Direktor müavinləri mövzu ilə bağlı ətraflı məlumat verib ,şagirdlərlə qısa müzakirələr etdi.Fövqəladə hallar,təbii fəlakətlər,tektonik hadisələr və bu fövqəladə hallar zamanı hansı addımların atılacağı ətrafında videoroliklər izlənildi.Nailə Sadıqova şagirdlərə bu mövzuda bildiklərindən təqdimat etməyi təklif etdi.Hər sinif üzrə bir neçə şagird təqdimat etdi.Daha sonra ibtidai sinif müəllimləri mövzu ilə bağlı çıxış etdilər.Tədbir yaddaqalan və maarifləndirici xarakterdə yekunlaşdırıldı.