Şagirdlərimiz Atəşgah məbədində..

Şagirdlərimiz Atəşgah məbədində..
4"D" sinif şagirdləri Şəfiqə Abulovanın rəhbərliyi ilə Suraxanı rayonu ərazisində yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuda ekskursiyada olublar.Yerli memarlıq ənənələri üslubunda tikilmiş “Atəşgah” özündə qədim od səcdəgahlarının cizgilərini birləşdirir. Hazırda dünyada yalnız iki yerdə — Şimali Hindistanda və Azərbaycanda atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi — ziyarətgahı isə məhz Azərbaycandakı Suraxanı Atəşgahıdır.