İbtidai sinif müəllimləri üçün növbəti məktəbdaxili təlim xarakterli iclas keçirildi

İbtidai sinif müəllimləri üçün növbəti məktəbdaxili təlim xarakterli iclas keçirildi.İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova,ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Natella Quliyeva ,məktəbin psixoloqu Səmra Bağıyeva və ibtidai sinif müəllimləri iştirak edirdi.Təlim-iclasda direktor müavini Nailə Sadıqova ümumi olaraq dinlənilən dərslərdə müşahidə olunan yanlışlıqlardan,problemlərdən və onların aradan qaldırıması üçün lazım olan həll yollarından,müasir təlim metodlarından dərslərdə istifadəsindən,mövzuların həyatla əlaqələndirilməsindən,inteqrasiyasından,şagirdlərdə tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsindən,dərsdə şagirdlərin davranış pozuntuları baş verərsə onların həlli yollarından söhbət açaraq həm də müəllimlərə bu istiqamətlərdə ,qüsurların aradan qaldırılması yöntəmində tövsiyələr verdi.Nümunəvi dərslərin hesabatı dinlənildi.
M/B rəhbəri Q.Natella sinif rəhbərlərinin sənədlərini yoxlayaraq ,sinif rəhbıri üçen vacib olan öhdəliklər barədə müəllimlərə tövsiyələr verdi.Psixoloq B.Səmra müəllim-şagird-valideyn münasibətlərindən,əlaqələrindən,müəllim-şagird arasındakı qarşılıqlı hörmətdən danışaraq müzakirə apardı və lazımi məsləhətlər verdi.Təlim-iclasda həm rus, həm də azərbaycan bölməsi üzrə bütün ibtidai sinif müəllimləri iştirak edirdi.