8 noyabr-Zəfər Günü

8 noyabr-Zəfər Günü
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına uyğun olaraq 04.10.2023-cü il tarixində Xatirə Tağıyevanın təşkilatçılığı ilə 1"B" sinif şagirdlərinin iştirakı ilə “8 noyabr Zəfər Günü” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və Şəhidimiz Rauf Süleymanovun ailəsi də iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlərin vətənpərvərlik mövzusunda olan çıxışları və rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.Sonda Şəhidimiz Rauf Süleymanovun qızı Səmra "Səhid Qızıyam" adlı şeirini səsləndirdi.
Tədbir “ Igid Əsgər, Möhkəm Dayan!" kompozisiyası ilə sona çatdı.