HƏRBİ QƏNİMƏTLƏR PARKI ZİYARƏT EDİLİB

HƏRBİ QƏNİMƏTLƏR PARKI ZİYARƏT EDİLİB
Noyabrın 3-də #7dən17yəVətənpərvər layihəsi çərçivəsində və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin 8 sentyabr 2021-ci il tarixli F-191 nömrəli əmrinə əlavə “27 Sentyabr-Anım Günü və 8 Noyabr-Zəfər Günü" ilə bağlı Təbirlər Planını rəhbər tutaraq"8 Noyabr Zəfər Günü" ilə əlaqədar məktəbin IV “e” sinif şagirdləri Nəazkət Cəfərovanın rəhbərliyi ilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Ziyarətin təşkil edilməsinin əsas məqsədi şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, tariximizi və onu yaşadanları tanıtmaqdan ibarət olub.