Məktəbdə valideynlərlə görüş keçirildi

"Ailəm və məktəbim" layihəsi çərçivəsində övladlarının təhsil aldığı müəssisə ilə tanış olmaları məqdədi ilə məktəbdə valideynlərlə görüş keçirildi.Günay Camalovanın rəhbərliyi ilə keçirilən iclasda məktəbin UBTR-i Xədicə İsayeva, psixoloq Səmra Bağıyeva və tərbiyə işləri üzrə direktor müavini Afaq Səfərova da iştirak etdi.İclasdan sonra valideynlər məktəbin yeməkxanasi ilə tanış olaraq ətraflı məlumat əldə etdilər. Sonda valideynlərin təklifləri dinlənilib sualları cavablandırıldı.