“Təhlükəsiz informasiya axtarışı” adlı məşğələ keçirildi

“Təhlükəsiz informasiya axtarışı” adlı məşğələ keçirildi

Oktyabr ayının 31-də məktəbin psixoloqu Səmra Bağıyeva tərəfindən IX sinif şagirdlərinin iştirakı ilə “Reproduktiv sağlamlıq” mövzusunda “Təhlükəsiz informasiya axtarışı” adlı məşğələ keçirilib. Məşğələnin keçirilməsinin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, informasiya mənbələrindən düzgün istifadə qaydalarını təbliğ etməkdən ibarət olub. Onlar üçün ən yaxın informasiya kanalı həmyaşıdlarıdır. Lakin bu halda informasiya qeyri-mötəbər ola bilər. Buna görə də yeniyetmələr adətən belə mövzuda yaranan sualların cavablarını internetdə axtarırlar. Lakin həmişə internetdə təhlükəsiz veb-ünvanlar olmur. Bu məqsədlə də müəllim şagirdlərə təhlükəsiz informasiya axtarışı üçün tövsiyələr verib, valideynlərin və müəllimlərin bu barədə ən etibarlı informasiya mənbəyi olduğunu söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi