“Beynəlxalq Sülh Günü” ilə ələqadar təşkilat saatı keçirildi

“Beynəlxalq Sülh Günü” ilə ələqadar təşkilat saatı keçirildi
21.09.2023-cü il tarixində 4b sinfində Məmmədova Mədinə müəllimin rəhbərliyi ilə“Beynəlxalq Sülh Günü” ilə ələqadar “Qoy həmişə sülh olsun” adlı tədbir keçirilib.Mədinə müəllimə uşaqlara günün mahiyyəti ilə bağlı məlumatlar verərək, sülhün əmin-amanlıq, dinclik və qurub yaratmaq, ümumiyyətlə hər bir cəmiyyətin, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu diqqətə çatdırıb. Sülhün carçısı olan göyərçinlərin uşaqlar tərəfindən sevilməsinin də məhz bundan irəli gəldiyini bildirib. Tədbir uşaqlarda xoş abu-hava yaradıb.