18 sentyabr Milli Musiqi Günüdür

18 sentyabr Milli Musiqi Günüdür

Milli Musiqi Günü dahi Ü.Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur.

Milli Musiqi Günü ilə əlaqədar olaraq məktəbimizdə fəaliyyət göstərən Gənc Rəqqaslar dərnəyinin rəhbəri Xanım Qafarova şagirdlərə musiqimizin tarixindən, Üzeyir Hacıbəyovun həyat və fəaliyyətindən danışaraq ətraflı məlumat verib.Sonda dərnək üzvləri rəqs nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi