Bilik Günü

Bilik Günü
Bu gün Azərbaycanın bütün təhsil müəssisələrində olduğu kimi Suraxanı rayonu 275 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd olunub. Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Elnur Hüseynov müəllimləri, valideynləri və şagirdləri təbrik edib. Ölkə prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən, həmçinin işğaldan azad olunmuş ərzilərimizdə fəaliyyətə başlamış məktəblərimizdən qürurla danışıb.Direktorun çıxışından sonra məktəbimizin qonaqları BŞTİ-nin əməkdaşları Roza Rüstəmova, Aysel Novruzova və Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşına söz verildi.Onlar yeni dərs ilində şagirdlərə uğurlar arzu etdi.İlk zəng çalındıqdan sonra məktəblilər sinif otaqlarına yola salındı.
İlk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunub.