İbtidai sinif müəllimləri ilə məktəbdaxili təlimlərimiz davam edir

İbtidai sinif müəllimləri ilə məktəbdaxili təlimlərimiz davam edir.Növbəti təlim 11.09.2023-cü il tarixində keçirildi.Təlimin mövzusu “illik və cari planlaşdırmanın təşkili “mövzusunu əhatə edirdi.Planlaşdırma hər bir müəllimin dərsə hazırlığının əyanin sübutudur.Hər bir müəllim dərsini planlaşdıraraq sinif otağına daxil olmalıdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova müəllimlərə planlaşdırmanın təşkili qaydasından,müsbət cəhətlərindən,cari planlaşdırmada önəm daşıyan xüsuslar barədə məlumat verdi.Müəllimlər praktik olaraq tapşırıqlar əsasında təqdimat hazırladılar.Dərs nümunəsi hazırlayaraq təqdim etdilər.