2023-2024 TƏDRİS İLİ ÜÇÜN İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB

2023-2024 TƏDRİS İLİ ÜÇÜN İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB
Məktəbin direktoru Elnur Hüseynov iclası açıq elan edərək yeni tədris ili münasibətilə pedaqoji kollektivi təbrik edib yeni tədris ilində qarşıda duran vəzifələrdən danışdı.
Daha sonra müavinlər gündəlikdə dayanan məsələlərlə iclas iştirakçılarını tanış edib, ötən tədris ilinin yekunları, 2023-2024-cü tədris ilində qarşıda duran vəzifələr barədə hesabatı təqdim etdi. Məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavinlərinin çıxışları dinlənildi .“Şagird davranış qaydaları”-nın tətbiqi haqqında, 2023-2024-cü tədris ilində məktəbli forması, məktəbin tədris texniki təchizat və təsərrüfat fəaliyyəti və cari məsəslələr haqqında məruzələr dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.