FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM OLUNUB

FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM OLUNUB
2022-2023-cü tədris ilində məktəbin IX-XI sinfini əla qiymətlərlə bitirmiş, ümumi orta və tam orta təhsil təhsil səviyyəsində oxuduqları müddət ərzində nümunəvi davranışları ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik qiymətləri beş olan, ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında hər bir fənn üzrə 75-dən yuxarı bal toplayan şagirdlərə fərqlənmə attestatları təqdim olunub.