Son zəng tədbiri keçirilib

Son zəng tədbiri keçirilib
14.06.2023-cü il tarixində məktəbimizdə #Sonzəng tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Tədbir zamanı çıxış edən məktəbin direktoru Elnur müəllim ötən tədris ilində qazanılan uğurlardan danışaraq valideynləri və məzunları təbrik etdi.
Tədbirdə məzunların bir-birindən maraqlı çıxışları təqdim olundu. Daha sonra bilik açarını 11"b" sinif şagirdi Məmmədov İlkin 10"c" sinif şagirdı Zeynalzadə Turana təqdim etdi. Nəhayət, son zəng çalındı.
Tədbir təhsildə öz keyfiyyət göstəriciləri ilə fərqlənən şagirdlərin təltif etməsi ilə sonlandırıldı.