"Xoşbəxt Uşaqlar "adlı klubun yekun tədbiri

"Xoşbəxt Uşaqlar "adlı klubun yekun tədbiri

Bu gün məktəbimizdə psixoloq Səmra Bağıyeva tərəfindən yaradılmış "Xoşbəxt Uşaqlar "adlı klubun yekun tədbiri keçirildi.

Tədbir Azərbaycan Dövlət Himni ilə başlayıb,daha sonra Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə şagirdlərimizin ifalarında bir-birindən maraqlı çıxışlar izlənildikdən sonra qonaqlar, o cümlədən, məktəbimizin direktoru Elnur Hüseynov məktəbimizdə təşkil olunan klubun faydalarından danışdı.Psixoloq Səmra Bağıyeva tərəfindən yaradılan 100 nəfərlik şagirdin iştirak etdiyi klubda oyun terapiyaları və müxtəlif tapşırıqlar yerinə yetirirdilər.Bir sözlə şagirdlər bu kluba həvəslə gəlib əylənərək,öyrənirdilər.Tədbirin sonunda xatirə şəkili çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi