28 may Respublika gününə həsr olunmuş qızlar arasında Basketbol üzrə turnir keçirildi

26.05. 2023 cü il tarixində 275 nömrəli tam orta məktəbdə Suraxanı Rayon İcra Hakimiyyəti,Suraxanı Rayon Gənclər və İdman İdarəsi və 275 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 28 may Respublika gününə həsr olunmuş qızlar arasında Basketbol üzrə turnir keçirildi. Turnirdə Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndəsi Novruz Əhmədzadə ,Suraxanı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rəşid Heydərov Bakı Şəhər Baş Təhsil İdarəsinin nümayəndəsi və 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynov iştirak etmişlər .
Yarışdan öncə məktəbin istedadlı şagirdləri öz ifalarını nümayiş etdirdilər .
Turnirdə 1 ci yerə 275 nömrəli tam orta məktəbin komandası çıxdı.