Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Zərifənin təşkilatçılığı ilə 18 may 2023-cü il tarixində “Müzeylər günü” və şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə rəhbəri olduğu 6 “e” sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrin təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya etdilər.

Şagirdlər Azərbaycanın milli mədəniyyəti ilə, xalçaçılıq sənəti ilə yaxından tanış olublar. Bu onların dərsdə keçdikləri biliklərin möhkəmlənməsinə kömək etdi. Şagirdlər muzeydən xoş təsüratlarla ayrıldılar.

Ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq və bu dəyərlər haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi