Heydər Əliyev mərkəzinə ekskursiya

Heydər Əliyev mərkəzinə ekskursiya
"Heydər Əliyev İli” çərçivəsində Humay müəllimin rəhbərliyi ilə baş tutan bu gəzintinin əsas məqsədi şagirdlərimizə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha çox aşılamaq və xatırlatmaq idi.
Ekskursiya zamanı şagirdlər bələdçi ilə birlikdə Heydər Əliyev Mərkəzi ilə yaxından tanış oldular və Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ulu Öndər Heydər Əliyevin həyatı haqqında maraqlı faktları dərindən öyrəndilər.