ŞAGİRDLƏRİMİZ GGİ-nin GEOLOJİ-MİNERALOJİ MUZEYİNDƏ OLUBLAR

ŞAGİRDLƏRİMİZ GGİ-nin GEOLOJİ-MİNERALOJİ MUZEYİNDƏ OLUBLAR

7d sinif şagirdləri Geologiya və Geofizika İnstitutunun Geoloji-Mineraloji muzeyində olublar.Muzeyin rəhbəri Əbülfət İmanov burada qorunan minerallar, süxurlar, fauna və flora nümunələri haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verib, şagirdlərin çoxsaylı suallarını cavablandırıb. Şagirdlər vitrinlərdəki mineral və fauna nümunələrini həvəslə seyr ediblər.

Şagirdləri müşayiət edən müəllimlər - Gülsənəm Ağayeva və İradə Əhmədova dərs proqramına uyğun olaraq şagirdlərlə filizlər, qeyri filizlər və çökmə süxurlar haqqında maraqlı sual-cavab reallaşdırıblar. Uşaqlara həmçinin muzey təəssüratları barədə esse yazmaq tapşırığı da verilib.

Məktəblilər və müəllimlər maraqlı ekskursiyaya görə ekskursiyanın təşkilatçıları olan böyük elmi işçi Əbülfət İmanova və muzeyin mühəndisi Leyla Həziyevaya təşəkkür ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi