Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı tədbir təşkil olundu

05.05.2023-cü il tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı tədbir təşkil olundu.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elnur Hüseynov Ulu Öndərin yaşadığı mənalı ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Bu gün keçirilən tədbir də Ulu Öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir.
Daha sonra məktəblilərin təqdimatında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii kompozisiyalar nümayiş olundu.