Repreduktiv sağlamlıq mövzusunda valideyn iclası keçirildi

04 may 2023-cü il tarixində valideyn iclası keçirilmişdir.İclasda valideynlərə şagird davranış qaydaları və reproduktiv sağlamlıq haqqında geniş məlumat verildi.
İclasın keçirilməsində əsas məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir.Qeyd olundu ki, reproduktiv sağlamlığın qorunması və mühafizəsi, sağlam ailələrin və ailə münasibətlərinin formalaşması bu günün aktual məsələlərindən biridir.
Sonda valideynlərə məktəbdə tətbiq olunan şagird davranış qaydalarına uyğun görülən işlər barədə də ətraflı məlumat verildi.