Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədi ilə seminar keçirildi

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədi ilə seminar - məşğələ keçirildi.
Məktəbin TTİÜDM -lərinin, psixoloqun, uşaq birliyi rəhbərinin, sinif rəhbərlərinin və bir qrup şagirdlərin iştirakı ilə narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədi ilə seminar - məşğələ keçirilib. Seminar zamanı şagirdlərə "Əsrin bəlası", "Ağ ölüm" kimi adlandırılan maddələr, onların insan orqanizminə vurduğu ziyan, insan həyatındakı fəsadları, onlardan qorunmağın yolları və s. məsələlər haqqında məlumatlar verilib. Şagirdlərə narkotik maddələrdən istifadə edən insanların acı həyatını əks etdirən video lentlər nümayiş etdirilib. Məktəb psixoloqu Aysel Novruzova şagirdlərə narkotik maddələrin yarada biləcəyi psixoloji zədələrdən bəhs edib.
Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparaılıb.