Metodbirləşmə rəhbərlərinin iclası keçirildi

Metodbirləşmə rəhbərlərinin iclası keçirildi

04.05.2023-cü il tarixində məktəb rəhbərliyinin iştirakı ilə metodbirləşmə sədrlərinin iclası keçirildi. İclasda təhsildə olan yeniliklər, məktəbdaxili qiymətləndirmə zamanı işin təşkili və aparılması haqqında məktəbin direktoru Elnur Hüseynov məlumat verdi. Metodbirləşmələrin illik planlarına əsasən işin daha səmərəli təşkili, qarşiya qoyulan vəzifələr və zamanın tələblərinə uyğun məsələlər müzakirə edildi. Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Aynurə Məmmədova,tərbiyə işləri üzrə direktor müavini Afaq Səfərova və psixoloq Səmra Bağıyeva çıxış edərək 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr, görüləcək işlər barədə ətraflı məlumat verdi. Sonda məktəbdə fəaliyyət göstərən metodbirləşmə sədrlərinin çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi