“Neon incəsənəti” muzeyi şagirdlərimiz tərəfindən çox sevildi

Məktəbimizin 3c sinif şagirdləri Məmmədova Leyla müəllimin rəhbərliyi ilə “Farhouse Neon Art” muzeyində ekskursiyada oldu.
Şagirdlər nəqqaş-rəssamlarla söhbətləşib, neon şəkillərin necə çəkildiyi, hansı materiallardan istifadə olunduğu haqqında məlumat aldılar.
Ölkəmizdə ilk və yeganə olan “Neon incəsənəti” muzeyi şagirdlərimiz tərəfindən çox sevildi.