Etwinning layihəsinin təqdimatı keçirildi

2 may 2023- cü il tarxində 275 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqovanın təşəbbüsü ilə Etwinning layihəsinin təqdimatı keçirilmişdir. Təqdimatda layihənin mentoru Fidan Əliyeva layihənin məqsədi, mahiyyəti, layihələrin planının yazılması,qarşıya qoyulacaq hədəflər ,platforma ilə işləmə qaydadı,gözlənilən nəticələr ,şagirdlərin və müəllimlərin inkişafa yönümlü gözləntiləri və s.haqqında müəllimləri məlumatlandırdı və onların suallarını cavablandırdı.

Sonda etwinning platformasında 5-6 il fəaliyyət göstərən etwinner Nailə xanım bu layihədəki fəaliyyətindən,ortaq layihələrin təqdimatından onun pedoqoji fəaliyyətindəki rolundan, şagirdlərin həyati bacarıqlarının inkişafından danışaraq, müəllimləri layihəyəyə qoşulmağa həvəsləndirdi.Məktəb üzrə koordinator seçildi və qeydiyyat aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi