Ulu Öndər 100

Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili”elan edilməsi ilə bağlı Tədbirlər Planını rəhbər tutaraq məktəbin Tədbirlər Planı hazırlanmışdır.
Həmin tədbirlər planınına əsasən 3”d” sinif şagirdləri Abulova Şəfiqə müəllimin təşkilatçılığı ilə “Heydər Əliyevin 100 illiyinə “həsr olunmuş tədbir keçirdilər.Məktəbin akt zalında təşkil olunmuş tədbirdə şagirdlər Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, aforizmlər söyləyib maraqlı rəqs nömrələri nümayiş etdirdilər.