1-ci siniflər üzrə keçirilmiş monitorinqin nəticələrinin müzakirə iclası keçirildi

Bu gün 18.04.2023-cü il tarixdə 1-ci siniflər üzrə keçirilmiş monitorinqin nəticələrinin müzakirə iclası keçirildi.Təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova müəllimlərə nəticələri açıqladı.Monitorinq üzrə siniflərin keyfiyyət və mənimsəmə faizlərini elan etdi. Şagirdlərin monitorinqdə ən çox səhv cavablandırdığı suallar müzakirə olundu.Sualların hansı standartları əhatə etdiyi və hansı mövzular üzərində daha çox məşğul olmağa zəmin yaratması araşdırıldı.Nöqsanlar üzərində çalışmaq,həmin mövzulara aid çalışmalar hazırlayaraq ,yenidən bu mövzuları möhkəmləndirmək, şagirdlərə dəstək olmaq müəllimlərə tapşırıldı,bəzi tövsiyələr edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi