IIYüksəliş müsabiqəsinin qalibi İsmayılova Nərgizin məzunu olduğu 275 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşü təşkil olundu

28.04.2023- cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, “ Bir Könüllü”Tələbələrin Əməkdaşlığı və İctimai Birliyinin təşkilatçılığı ilə, IIYüksəliş müsabiqəsinin qalibi İsmayılova Nərgizin məzunu olduğu 275 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşü təşkil olundu.
Görüşdə İsmayılova Nərgiz öz uğur hekayəsini şagirdlərlə paylaşıb, onlara gələcək həyatlarında uğur qazanmaları üçün tövsiyyələr verdi, şagirdləri maraqlandıran sualları cavablandırdı.Görüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində baş tutub.
Sonda görüşdə iştirak edən şagirdlərə Sertifikatlar təqdim olundu.