“TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı,psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində müasir təhsil texnologiyalarının tətbiqi” layihəsinin təqdimatı keçirildi

   “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı,psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində müasir təhsil texnologiyalarının tətbiqi” layihəsinin təqdimatında məktəbin fiziki tərbiyə müəllimi Ağamirova Larisa III yer tutduğu üçün diplomla mükafatlandırılmışdır. Təhsil Nazirliyi, “Bakcell” və Böyük Britaniyanın “British Council” təşkilatının tərəfdaşlığı ilə reallaşdırılan “TOPs proqramı -layihəsinin əsas məqsədi də ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini tədris etdikləri fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Layihə çərçivəsində təşkil olunan təlim kurslarında 200 nəfərdən artıq fiziki tərbiyə və ibtidai sinif müəllimi fiziki tərbiyənin tədrisinə dair yeni bilik və bacarıqlar əldə edib. Həmçinin məktəbin direktoru şagirdlərlə müxtəlif yarışlarda fəal iştirakına görə məktəbin fiziki tərbiyə müəllimi İlkin Tahirova da təşəkkür elan etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi