20 Yanvar şəhidləri yad edildi

Respublikamız xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.Məktəbin Fəaliyyət Planına müvafiq olaraq (1.3.5) "Xalqımızın qan yaddaşı olan faciəvi,ağrılı-acılı tarixi günlərə həsr olunmuş tədbirlərin keçirilməsi" məqsədilə məktəbdə 20 Yanvar şəhidləri yad edildi.Məktəbin direktoru qeyd etdi ki,1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə,həm də xalqımızın qəhrəmanlıq salnaməsi,qürur günü kimi daxil olub.20 yanvar gecəsi şəhidlik zirvəsinə ucalan Vətən övladları bir daha sübut etdilər ki,Azərbaycan xalqı yenilməzdir,azadlıq,müstəqillik yolundan onu heç bir qüvvə döndərə bilməz.Bu gün ilə əlaqədar olaraq məktəbin tarix müəllimləri tərəfindən təşkil olunan tədbirdə məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olundu.Həmçinin məktəbin foyesində guşələr yaradıldı,şagirdlər qərənfil dəstələrini qoymaqla şəhidləri andılar.