Fövqəladə hallarla bağlı davranış qaydaları

Suraxanı rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin təşkilatçılığı ilə məktəbimizdə maarifləndirici tədbir təşkil olundu.Tədbiri məktəbimizin direktoru Elnur Hüseynov açaraq sözü Suraxanı rayon üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik leytenantı Toğrul Vəliyevə verdi. O, çıxışında fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi, ziyan və itkilərin həcminin maksimum azaldılması, o cümlədən nəticələrinin aradan qaldırılması, mülki müdafiənin təşkil edilməsi prinsipləri haqqında şagirdlərə geniş məlumat verdi.Tədbirdə Bakı Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəis müavini polkovnik-leytenant Aida Səfərəliyeva,Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin baş zabiti kapitan Nərgiz Cəfərova,Bakı Regional Mərkəzinin baş məsləhətçisi Vüsalə Səfərova,Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Müvəssil Allahverdiyev və 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru Raiq Qafarov da tədbirdə iştirak edib dəyərli məlumatlar verdilər.Qonaqlar çıxışında “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi” və “112” qaynar telefon xətti” mövzularında ətraflı məlumat verdi. Mövzulara dair video-çarxlar nümayiş olundu.
Tədbir zamanı şagirdlərə mövzu ətrafında geniş məlumat verildi və mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırıldı