Şəhid Ələkbər Eyvazovun anım günü qeyd olundu

Məktəbin Fəaliyyət Planına uyğun olaraq (1.3.5) Milli Qəhrəmanlarımız haqqında şagirdləri məlumatlandırmaq məqsədilə məktəbdə davamlı olaraq tədbirlər keçirilir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından,qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə, hər kəsin vətəndaşlıq borcudur. Bu fikirlər 275 saylı tam orta məktəbin adını daşıyan şəhid Ələkbər Eyvazovun anım günündə səsləndirildi. Məktəbin şagirdləri vətənə,şəhidlərimizə həsr olunmuş şeirlərlə çıxış etdilər. Məktəbin direktoru qeyd etdi ki, bu tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edərək onların şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır. Şagirdlərin vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini vurğulayan direktor şəhidlərimizin qanının yerdə qalmayacağına və torpaqlarımızın tezliklə azad olunacağına inandığını söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi