Reproduktiv sağlamlıq

Ailəm və məktəbim, Reproduktiv sağlamlıq.

Yeniyetməlik yaşları və bu dövrdə məktəblilərlə düzgün iş formaları və istiqamətləri seçmək zamanı unutmaq olmaz ki, bu dövr insan həyatının ən böhranlı çağlarıdır.Psixoloqlar tərəfindən yeni böhran onun xarakteri və əhəmiyyəti,baş vermə səbəbləri müxtəlif şəkildə başa düşülür.Bu inkişaf mərhələsinin yeniyetmələr tərəfindən nisbətən sakit keçirilməsi “böhransız” nəzəriyyələrin irəli sürülməsinə səbəb olmuşdur.

Yeniyetməlik dövrü valideynlər üçün ən narahat dövrlərdən biridir.

Yeniyetməlik dövrü ailənin ona yanaşma tərzindən çox asılıdır, bu mənada valideynlərin maariflənməsi vacib və aktual məsələdir. Yeniyetməlik dövründə yaranmış bir sıra psixi problemlər, o cümlədən özünəinamsızlıq, özünəqapanma halları, sosial fobia gələcək illərdə geri dönüşü olmayan böyük psixoloji travmalara aparıb çıxarır.

Bütün bu məqamlar nəzərə alınaraq tərbiyə işləri üzrə direktor müavini Afaq Səfərova, psixoloq Aysel Novruzova,həkim Nübar Eminli bir qrup yeniyetmələr ilə yaş xüsusiyyətləri, reproduktiv sağlamlıq, şəxsi gigiyena qaydaları, yeniyetməlik böhranı haqqında söhbət apardılar. Şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi