ll Uşaq Kitab Festivalı

Bu gün 3 b Sağlam Təhsil Sinif şagirdləri sinif rəhbəri Mədinə Məmmədovanın təşkilatçılığı ilə ll Uşaq Kitab Festivalında iştirak etdilər.Festivalda uşaq yazarı Mehriban Nağıyeva nın nağıl saatında iştirak edən şagirdlər musiqili-bədii proqramla çıxış etdilər."Sunayın rəng dünyası"kitabının balaca rəssamı 3b sinif şagirdi Salman Sunayla müəllifin maraqlı çıxışı yaddaqalan oldu.Şagirdlərdən Şirinova İnci,Abaslı Elmar,Hüseynli Mədinə,Əliyeva Xədicə kitabda yer alan şeirləri söylədilər.Sinif kollektivi mahnılar oxumaqla yoldaşlarının çıxışlarına rəng qatdılar.Görüşün sonunda şagirdlərdən bir neçəsi jurnalistlərə müsahibə verərək bütün uşaqları mütaliə etməyə çağırdılar və Kitab Festivalının təşkilatçılarına təşəkkür bildirdilər.