Psixoloqun IX siniflərlə maarifləndirici söhbət apardı

Məktəbin psixoloqu Aysel Novruzova aprel ayının 16-da keçiriləcək 9-cu siniflərin buraxılış imtahanı ilə əlaqəli olaraq 9-cu siniflərlə görüşdü. Baş tutan görüşdə psixoloq şagirdlərə imtahanda "Stres və Həyəcanın İdarə Olunması" mövzusunda şagirdlərlə psixomaarifləndirici söhbət apardı, imtahanda şagirdlərin köməyinə çatacaq bir sıra texnikaları onların nəzərlərinə çatdırdı. Sonda psixoloq şagirdlərin suallarını cavabladı.