Bakı Zooloji Parka ekskursiya

Bakı Zooloji Parka ekskursiya

Təhsilalanların fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiya formasını dəyərləndirmək,ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə olan ictimai və mədəni obyektlərin imkanlarından istifadə etmək vacibdir.

Bu məqsədlə Səfərəliyeva Könül müəllim keçdiyi mövzuların öyrənilməsinin daha yüksək səmərə verməsi üçün 6"d" sinif şagirdləri ilə birgə Bakı Zooloji Parkına dərs-ekskursiya təşkil etmişdir.

Fəaliyyət plana uyğun olaraq,tam təhlükəsizlik qaydalarına riayət etməklə"Canlı aləminin müxtəlifliyi","Bitki və heyvanların yaşayış mühiti" adlanan mövzuların belə bir formada öyrənilməsi daha məqsədə uyğun hesab edildi.Dərslər şagirdlər tərəfindən çox maraqla dinlənildi.Dərs-ekskursiya şagirdlərin çox xoşuna gəldi.Zooloji parkda yaradılan şəraitə görə müəllim və şagirdlər parkın əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi