"Mənim ailəm" mövzusunda psixodiaqnostik test işi aparıldı

275 nömrəli tam orta məktəbin 6-cı sinfində "Mənim ailəm" mövzusunda psixodiaqnostik test işi aparıldı. Bu testi keçirməkdə məqsəd ailədə uşaqları narahat edən hər hansı bir problemi və ailədən gözlədikləri mənəvi tələbatın çatışmamazlığını aşkara çıxarmaq idi. Şagirdlər ailə haqqında maraqlı rəsm işləri çəkdilər, şeirlər, hikmətli sözlər söylədilər. Sinif rəhbəri uşaqların təhsilə münasibətində və tərbiyəsində valideynin rolunun nə dərəcədə əhəmiyyətli olduğunu onların nəzərinə çatdırdı. O qeyd etdi ki, ailə də bir Vətəndir. Ailə bizim ən isti ocağımız, qurduğumuz ən böyük, bərk və sarsılmaz evimizdir, bizim gələcəyimizdir, hansı ki, hər fəsli ilə həyatımızın rəngidir, mənasıdır. Sonda şagirdlər bugünki gündə mənim ailə vəziyyətim necədir?, Məni ailədəki atmosfer qane edirmi?, Ailə üzvləri ilə əlaqələrim necədir?, Ailədə məni narahat edən nələrsə varmı?, Ailə üzvlərimin hobbiləri hansılardır?, Ailəmdə nəyi dəyişmək istərdim?, Valideynlərim məndən çox şey gözləyir? tipli müzakirəli suallara cavab verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi