"Dəyərlərimizi qoruyaq!"layihəsi çərçivəsində festival keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023 tarixli F 123 əmri ilə"Dəyərlərimizi qoruyaq!" adlı layihəsinin keçirilməsi barədə Tədbirlər Planı təsdiq olunmuşdur. Layihənin məqsədi təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyllərini gücləndirmək və dəyərlərimizi qorumaqdır.
"Dəyərlərimizi qoruyaq!" adlı layihənin keçirilməsi barədə Tədbirlər planının 10.1və 10.2 bəndinə uyğun olaraq şagird və müəllimlərin iştirakı ilə festival keçirildi.