"Dəyərlərimizi qoruyaq!"sinif təşkilat saatı keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023 tarixli F 123 əmri ilə"Dəyərlərimizi qoruyaq!" adlı layihəsinin keçirilməsi barədə Tədbirlər Planı təsdiq olunmuşdur. Layihənin məqsədi təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyllərini gücləndirmək və dəyərlərimizi qorumaqdır.
"Dəyərlərimizi qoruyaq!" adlı layihənin keçirilməsi barədə Tədbirlər planının 2.1 bəndinə uyğun olaraq 3 “e” sinif şagirdləri sinif rəhbəri Cəfərova Nəzakət müəllimin təşkilatçılığı ilə sinif təşkilat saatı keçirildi.