IX illik tədris planındakı dəyişikliklərlə valideynlər məlumatlandırıldı

275 nömrəli məktəbin direktoru E.İsmayılova Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının təlimatına əsasən 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında tətbiq ediləcək yeni qaydalarla IX sinif şagirdlərinin valideynlərini məlumatlandırdı. O qeyd etdi ki, 9 illik üzrə buraxılış imtahanları 2 mərhələdə təşkil olunacaq. I mərhələ fevral-mart, II mərhələ iyun ayında keçiriləcək. Həmçinin tam orta təhsil səviyyəsində oxumaq istəyənlərdən bilik səviyyəsinə görə təmayüllü siniflərə cəlb olunacaq şagirdlərin təmayüllər üzrə bölgüsü valideynlərin nəzərinə çatdırıldı. Sonda valideynlərdən öz arzu, istəklərinə görə IX sinfi bitirdikdən sonra "təhsilini davam etdirmək istəməyənlər, peşə ixtisas təhsili müəssisələrində oxumaq istəyənlər, orta ixtisas təhsili müəssisələrində oxumaq istəyənlər, tam orta təhsil səviyyəsində oxumaq istəyənlər " üzrə imzalar toplanıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi