Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir

"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir.

BŞTİ-nin "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı təsdiq etdiyi Tədbirlər Planının 2.4 bəndinə əsasən 14 mart 2023-cü il tarixində bir sıra siniflərdə təşkilat saatları Novruz bayramına həsr olunub.

Gənc ekoloqlar dərnəyinin üzvlərinin təşkil etdiyi tədbir də milli-mənəvi dəyərlərimizin, Novruz adət-ənənələrinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Humay müəllimə xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixindən, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyətindən, Novruz atributlarından bəhs edib. O bildirib ki, bu bayram təkcə bizim deyil, ümumilikdə türk xalqlarının mənəvi dəyəri hesab edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi