“Novruz bayramına” həsr olunmuş təşkilat saatı keçirildi

BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərində həyata keçirilən Novruz bayramına həsr olunmuş "Dəyərlərimizi qoruyaq" adlı Tədbirlər Planına əsasən Novruz bayramı ərəfəsində milli-mənəvi dəyərlərimizin qorunub saxlanması məqsədi ilə məktəbin 3c sinifində 14 mart 2023-cü il tarixində sinif rəhbəri Leyla Məmmədovanın təşəbbüsü ilə “Novruz bayramına” həsr olunmuş tədbir keçirildi. Şagirdlərimiz bu tədbirdə maraqlı çıxışlar etdilər. Novruz adət-ənənələrinə aid bayatılar, haxıştalar, şeirlər səsləndirib, milli rəqslər nümayiş etdirdilər. Yumurta döyüşdürməsi həyəcanı isə uşaqların sevincinə sevinc qatdı.