,,Sunayın rəng dünyası"kitabının Binəqədi Mərkəzi kitabxanasında təqdimatı keçirildi

Bu gün məktəbimizin 3b Sağlam Təhsil sinfinin şagirdi Salman Sunayın uşaq yazarı Mehriban Nağıyeva ilə birgə ərsəyə gətirdikləri ,,Sunayın rəng dünyası"kitabının Binəqədi Mərkəzi kitabxanasında təqdimatı keçirildi.M.Nağıyeva müəllifi olduğu kitabın balaca rəssamı Sunay haqqında xoş sözlər söylədi.Bu kitabın balaca oxucular arasında sevgi ilə qarşılandığını,yazarla azyaşlının birgə layihəsinin maraq doğurduğunu vurğuladı.Kitabın yaranma ideyasının Mədinə müəlliməyə aid olduğunu qeyd etdi. Sunayın sinif yoldaşları və başqa məktəblərdən dəvət olunmuş məktəblilər kitabdakı şeirləri səsləndirdilər.Balacalar Sunayın sevincini bölüşdülər.Tədbir məktəblər və şagirdlər arasında körpü yaratdı.Tədbirin sonunda M.Nağıyeva müəllifi olduğu kitabları şəxsi imzası ilə balacalara hədiyyə etdi.Biz də məktəbimizin rəhbərliyi adından balaca rəssam Sunaya uğurlar arzulayırıq.