M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına şagirdlərin ekskursiyası təşkil olundu

275 nömrəli tam orta məktəbin şagirdləri məktəbin Fəaliyyət Planına uyğun olaraq (1.3.7) məktəblilərin mütaliə vərdişlərini təkmilləşdirmək və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına nail olmaq məqsədilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına səfər etdilər.Görüşün məqsədi şagirdləri ədəbiyyat kataloqları,oxu zalında kitab fondları,açıq kitab fondu,təşkil olunmuş tematik sərgilər və dövrü mətbuat üçün ayrılmış bölmələr,milli kitabxananın tarixi,kitabxana muzeyi ilə yaxından tanış etmək idi.Kitabxananın nümayəndəsi şagirdlərə elektron kitabxana haqqında ətraflı məlumat verdi və canlı kitabla ünsiyyətin əhəmiyyətindən danışdı.