Xarici dillər üzrə fənn aylıqları keçirildi

275 nömrəli tam orta məktəbdə 2016/2017-ci tədris ili üçün Fəaliyyət Planında (1.2 ) müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi bəndinə əsasən Fənn aylıqlarının keçirilməsi davam edir.Dekabr ayında Xarici dil (alman,rus,ingilis dili) fənləri üzrə qarşılıqlı dərs dinləmələri,açıq dərslər təşkil olundu.Fənn aylıqlarının keçirilməsinin məqsədi müəllim və şagirdləri daha da fəallaşdırmaq,şagirdlərin xarici ölkələrin görməli yerləri,musiqisi,ədəbiyyatı,incəsənəti,idmanı,adət-ənənələri və bir çox başqa mövzular haqqında danışmağı bacardıqlarını numayiş etdirmək idi.Həmçinin Azərbaycanın milli dəyərlərindən olan şeir,mahnı,səhnəçik və tamaşaları xarici dildə ifa etmək idi.Elan stendində şagirdlər üçün çoxlu sayda maraqlı məlumatlar,atalar sözləri,tapmacalar,krossvordlardan ibarət plakatlar asıldı.Ay ərzində muntəzəm olaraq divar qəzetlərində tədbirlər haqqında məlumatlar və elanlar verilirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi