Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib

275 nömrəli tam orta məktəbdə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirildi.Bayram tədbirlərində məktəb rəhbərliyi,müəllimlər,valideynlər iştirak etdi.Tədbiri açıq elan edən məktəbin direktoru E.İsmayılova qonaqları hər iki bayram münasibətilə təbrik etdi və qeyd elədi ki,1991- ci il dekabrın 16-da Naxcıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və qətiyyətli israrı ilə Dünya Azərbaycanlıların Həmrəylik Gününün bayram kimi qeyd edilməsi barədə qərar qəbul olunub.Bu gün harada yaşamasından,hansı ölkənin vətəndaşı olmasından aslı olmayaraq bütün Dünya Azərbaycanlıları vahid bir xalqı,bir milləti,bir Vətəni təmsil edirlər. Tədbirdə şagirdlərin ifasında bir sıra şeir və musiqilər səsləndirildi.8 b sinif şagirdləri dəyirmi masa ətrafında Həmrəylik Günü və Yeni il haqqında maraqlı məlumatlar verdilər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olundu və divar qəzetləri hazırlandı. Həmçinin şagirdlərin məktəbdənkənar gəzintisi təşkil olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi