"İdman həftəsi" layihəsi çərçivəsində sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri keçirildi
"İdman həftəsi" layihəsi çərçivəsində sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri keçirildi
Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır. Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir. Layihə çərçivəsində ibtidai sinif müəllimləri tərəfindən sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri keçirildi.