Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusudur

Məktəbimizdə "Heydər Əliyev ili" çərçivəsində keçirilən tədbirlər Ümummilli Liderimizin əziz xatirəsini böyük ehtiramla yad etmək, əbədiyaşar liderimizin irsini daim öyrənmək , təbliğ etmək, bu günkü və gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Ulu Öndərin 100 illiyi ilə əlaqədar məktəbin tarix müəllimi Quliyeva Cəmilənin təşkilatçılığı ilə" Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzusunda dəyirmi masa keçrildi. 7"b" sinif şagirdləri Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasətindən geniş bəhs etdilər.Dəyirmi masada məktəb rəhbərliyi və müəllimlər də iştirak etdilər.